İspaniya Ali Məhkəməsi "Def con Dos" adlı musiqi qrupununun solisti Sezar Avqusto Montana Lehmanna 1 il həbs cəzası verib.
Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmənin qərarına səbəb müğənninin 2013-ci ilin noyabrından 2014-cü ilin yanvarınadək "Twitter" hesabında ETA ə GRAPO terror təşkilatlarını (1 Oktyabr Antifaşist Dirəniş Təşkilatı) dəstəkləyən və terror qurbanlarına qarşı alçaldıcı ifadələrin yer aldığı paylaşımları olub.
Prokurorluq müğənniyə 1 il 8 ay cəza verilməsini tələb etsə də, Milli Məhkəmə keçən ilin iyul ayında ona bəraət verib, lakin dövlət ittihamçısı qərarla razılaşmayaraq protest verib.
İspaniya Ali Məhkəməsi isə solistə 1 il həbs cəzası verib, eyni zamanda fəaliyyətinə 6 il 6 ay müddətinə qadağa qoyub.