Türkiyə Böyük Millət Məclisində növbəti dəfə dava düşüb.
Unikal.org türkiyə mətbuatına istindən xəbər verir ki, məclisdə referendumla bağlı keçirilən iclas zamanı xanım deputatlar əlbəyaxa dava salıblar. Dava Ankaradan müstəqil deputat seçilən Aylin Nazlıakanın qolunu qandal vasitəsi ilə tribunanın mikrofonuna bağlamasından sonra baş verib.
Xanım deputat parlament sədrinin belə çağrışlarına əhəmiyyət verməyərək kürsüdən enməyib. Spiker Bahçekapılı vəziyyəti sakitləşdirmək üçün əvvəlcə iclasa 10 dəqiqə, daha sonra isə 45 dəqiqə fasilə verib.
Xeyli müddət davam edən mübahisə davaya çevrilib. Hətta xanım millət vəkilləri bir-birlərinin saçını yolub. Dava zamanı iki xanım deputat yaralanıb.