Ötən il Çində əhalinin sayı 8,09 milyon nəfər artaraq 1 milyard 382 milyon nəfərə çatıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Çin Dövlət Statistika Komitəsinin yaydığı məlumatda ölkənin xüsusi inzibati rayonları olan Honkonq və Makaonun əhalisinin sayı nəzərə alınmayıb. 2016-cı ildə ölkədə 17,86 milyon uşaq doğulub, 9,77 milyon insan ölüb.
Hazırda Çin əhalisinin 708,15 milyonunu kişilər, 675,56 milyonunu qadınlar təşkil edir. Yəni təxminən hər 105 kişiyə 100 qadın düşür. Mütəxəssislər artıq bu problem haqqında danışmağa başlayıblar: 2020-ci ildə ölkədə dörd milyondan çox kişi evlənə bilməyəcək.