ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp səlahiyyətləri başa çatan prezident Barak Obama ilə qeyri-rəsmi görüş keçirmək üçün Ağ Evə gəlib.
Unikal.org-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, görüş Ağ Evin "Mavi otağında çay süfrəsi arxasında, prezidentlərin həyat yoldaşlarının iştirakı ilə qapalı şəkildə keçiriləcək.
ABŞ-da ənənəvi olan bu görüş (qapalı çay süfrəsi) səlahiyyətləri sona çatan prezident hakimiyyəti yeni seçilmiş dövlət rəhbərinə təhvil verərkən təşkil olunur.
Görüşdən sonra Obama və Tramp birlikdə Konqress binasının qarşısında keçiriləcək andiçmə mərasiminə yollanacaqlar.