İstanbulda naməlum şəxslər təhlükəsizlik idarəsinin binasını qumbaraatandan atəşə tutub.

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, insident Vətən prospektində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində zərərçəkən olmayıb. Hadisə yerinə xeyli sayda polis cəlb edilib. Cinayətkarların tutulması istiqamətində əməliyyat başlayıb.