Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Ordusunun Suriyanın şimalında İŞİD-ə qarşı keçirdiyi "Fərat Qalxanı" əməliyyatında iştirak edən 5 əsgəri şəhid olub.
Unikal.org xəbər verir ki, həmin şəhidlərdən biri Türkiyənin Baş naziri Binəli Yıldırımın yeni il gecəsi görüşdüyü hərbçi Selim Topaldır. O, dekabrın 31-i baş nazirlə axşam yeməyi yeyən əsgərlər arasında olub.
Xəbəri eşidən baş nazir şəhidin atası Saleh Topala zəng vurub.