Danimarka parlamenti 18 yaşına çatmayan şəxslər, o cümlədən qaçqınlar arasında nikahların qeydə alınmasını qadağan edən qanun qəbul edib.
Unikal.org xəbər verir ki, bu barədə "Independent nəşri yazır.
Qanun, həmçinin yetkinlik yaşına çatmayan şəxslərin digər ölkələrdə daxil olduğu nikahı da Danimarka ərazisində etibarsız sayır.
Məsələ İnteqrasiya Nazirliyinin hesabatından sonra gündəmə gəlib. Sənəddə Danimarkada yetkinlik yaşına çatmayan qaçqınlar arasında 27 nikahın qeydə alındığı bildirilir.
Qanun fevralın 1-dən qüvvəyə minəcək.