İstanbulda dəhşətli cinayət hadisəsi baş verib.

Unikal.org milliyet-ə istinadən xəbər verir ki, 24 yaşlı Erencan E. 6 aylıq hamilə həyat yoldaşı Sultan E.-ni tapançadan atəş açaraq öldürüb.

Ər evin qapısına "3 həftəlik tətilə çıxırıq. Telefonlarımız bağlı olacaq. Görüşənədək", yataq otağına isə "Həyat yoldaşımı hər şeydən, hər kəsdən çox sevirəm.Poyrazım, səni də(doğulacaq uşağı) çox sevirəm. Bu həyatda daha dayana bilmirəm. Sizi cənnətə, özümü də cəhənnəmə göndərirəm" mesajını buraxıb.

Erencan E.qaçdığı Tuncelidə tutularaq İstanbula gətirilib.

Erencan E. və Sultan E.-nin qonşuları1 il əvvəl evlənən cütlüyün tez-tez mübahisə etdiklərini, evdən mütəmadi olaraq dava səsləri gəldiyini deyiblər. Qonşular xüsusi ilə Erencan E. -nin son günlər əhvalının olduqca pis olduğunu ifadə ediblər.