Dünyanın ən böyük media şirkətlərindən olan BBC ABŞ prezidenti Donald Trampın silahlı hücuma məruz qalması ilə bağlı xəbər yayıb.
Unikal.org sözcü.com.tr-yə istinadən xəbər verir ki, İngiltərədə yerləşən şirkətin BBC Northampton adlı tvitter səhifəsi Trampın güllələnməsi ilə bağlı son dəqiqə xəbəri paylaşıb. Bundan bir neçə dəqiqə sonra isə BBC həmin tvitter hesabının oğurlandığını bəyan edib.
Şirkət yanlış məlumata görə üzrxahlıq edib. Bildirilib ki, səhifəni oğurlayıb yalan məlumat yayan şəxslər məsuliyyətə cəlb ediləcək.