İranın atom energetikası naziri Əli Əkbər Salehi bildirib ki, əgər ABŞ prezidenti Donald Tramp "nüvə sövdələşməsi"nə əməl etməzsə, İran öz nüvə fəaliyyətini bərpa edəcək.

Unikal.org bildirir ki, bu barədə İranın CBC telekanalına istinadən IRNA məlumat yayıb.

"Trampın birgə əhatəli fəaliyyət planına əməl etməyəcəyi təqdirdə, biz öz nüvə fəaliyyətimizi çox sürətlə bərpa etməyə hazırıq", - deyə o telekanala müsahibəsində bildirib.