Kiyev "Dinamosunun və Ukrayna millisinin keçmiş yarımmüdafiəçisi, Azərbaycan əsilli futbolçu Aleksandr Əliyev tarixə biabırçı ailə qalmaqalı ilə düşə bilər.
Unikal.org modern.az-a istinadən xəbər verir ki, onun keçmiş arvadı Tatyananın sözlərinə görə, (cütlük 2016-cı ilin sonunda boşanıb) Aleksandr tez-tez onu döyür və təhqir edir.
Keçmiş ərlə-arvad bir mənzildə yaşayırlar. TSN-nin çəkiliş qrupu axşam saat 8-də Əliyevi uşaqlar üçün olan otaqda dostu ilə birgə yatan yerdə görüb, döşəmədə isə boş pivə şüşələri olub.
"Onun məni belə aşağılamaq, uşaqlarımın yanında döymək haqqı yoxdur. Mən bu gün həqiqətən sosial xidmətə müraciət edib yardım istəmişəm. Ona görə ki, kiçik oğlum kimi qızımın da isterikası var. O deyir ki, mən pis anayam. O, daima məni onların yanında alçaldır. O, deyir: "Sizin ananız fahişədir.
Mənim qabırğalarım əzilib, ayaqlarımda göyərtilər var. O, təpikləyir, əli ilə döyür, yumruqla vurur. O, sadəcə, nə etdiyini təsəvvür etmir, - Əliyevin keçmiş arvadı söyləyir.
"Siz indi inandınız, onun içkiyə necə meylli olduğunu gördünüz? Onun nə qədər içki qəbul etdiyini yoxlayın. Sonra soruşun ki, mən onu vurmuşam? O, düşünür ki, əgər mənim uşaqlarımın anasıdırsa, ona hər şeyə icazə verilib. Belə deyil. Mən onu vurmuşam? Yox. Əvvəl biz ər-arvad olanda - bəli, ona əl qaldırmışam, o zaman içirdi. Göyərtilər? Bilmirəm, o harada gəzir. Ola bilər ki, haradasa yıxılır, ola bilsin ki, masaj edir, mən bilmirəm. Ola bilsin ki, onu haradasa, kimsə döyüb, - Əliyev söylənilənlərə belə reaksiya verib.