Prezident seçkilərində məğlub olan Yəhya Cammenin vəzifəsini tərk etməyə razılıq verməsindən sonra Adama Barrov hakimiyyət başına keçib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yeni dövlət başçısı Barrovun iki həyat yoldaşı ilə birgə çəkdirdiyi foto isə ölkənin "First Ladysinin kim olacağı barədə sual yaradıb.

Qambiyanın "Point" qəzetinin məlumatına görə, Barrovun ikinci həyat yoldaşının "First Lady olmaq ehtimalı azdır.

Qeyd edək ki, Adama Barrov birdən çox həyat yoldaşı olan tək afrikalı lider deyil. Qambiyaya 22 ildir liderlik edən Yəhya Cammenin 3 həyat yoldaşı olub.