Berni Ekklstoun "Formula-1"in icraçı direktoru vəzifəsindən getdiyini bəyan edib.

Unikal.org  xəbər verir ki, sözügedən vəzifə Çeyz Keriyə həvalə olunub.

Bu gündən mən "Formula-1ə rəhbərlik etmirəm. Məni Çeyz Keri əvəzləyib. Məni istefaya göndərdilər. Bu rəsmidir. Düzdür, mənə fəxri prezident postu təklif edilib. Amma mən bunu başa düşə bilmirəm, deyə B.Ekklstoun qeyd edib.

Qeyd edək ki, 87 yaşlı Berni Ekklstoun "Formula-1"ə 40 ildir rəhbərlik edir. 2016-cı ilin sentyabrında şirkətin səhmlərinə "Liberty Media" korporasiyası sahib çıxıb.