İtaliyada otelin qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, xilasedicilər "Rigopiano" mehmanxanasının dağıntıları altından mətbəx və bar zonası yaxınlığında bir qadının meyitini tapıblar.
Hazırda daha 22 nəfərin axtarışları davam etdirilir.
İnsident baş verən zaman mehmanxanada 34 nəfər olub. Onlardan 10 nəfəri xilas edilib.