Dominikan Respublikasında doğulan 32 yaşlı Samanta Sepulveda gündüzlər polis gecələr isə model olaraq çalışır.
Unikal.org xəbər verir ki, onun "Instagram" səhifəsinin 150 min izləyicisi var. Samanta The New York Post qəzetinə verdiyi müsahibəsində səsləndirdiyi fikirləri oxucular tərəfindən maraqla qarşılanıb. O, qeyd edib ki, polis olaraq şübhəliləri yaxalamaq üçün çox da çətinlik çəkmir. Cəlbedici görünüşü ona bu işdə kömək olur. Xanım polis deyir ki, şübhəli şəxslər özləri ona təslim olur.
Model polisin nəfəs kəsən fotolarından bəzilərini təqdim edirik: