Rusiya, Türkiyə və İran fevralda Astanada fəaliyyətə başlayacaq birgə əməliyyat qrupunun yaradılmasına dair razılığa gəliblər. 

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

"Bu qrupun vəzifəsi atəşkəs rejiminə əməl olunmasına nəzarət və hər-hansı pozuntuya yol verilməməsi kimi məsələləri əhatə edəcək, - deyə o jurnalistlərə bildirib.

Lavrentyevin sözlərinə görə, "zərurət yarandıqda, əməliyyat qrupunun işinə həm Suriya Silahlı Qüvvələrinin, həm də silahlı müxalifətin nümayəndələri cəlb olunacaqlar.

"Düşünürəm ki, bu atəşkəs rejiminin möhkəmləndirilməsinə yardım edəcək, - deyə Lavrentyev qeyd edib.