Prezidentin bu gün imzaladığı əfv sərəncamı ilə bir sıra tanınmış şəxslər də azad edilib.

Unikal.org xəbər verir ki, onların içərisində müxalifətçilət və QHT-lər tərəfindən adları siyasi məhbus siyahısına salınmış şəxslər də var.

Onlardan Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev, Müsavat Partiyasının üzvləri Yadigar Sadıqov, Tofiq Yaqublu, jurnalistlər Pərviz Həşimli, hüquq müdafiəçiləri Hilal Məmmədov, Rəsul Cəfərov, Anar Məmmədli, Taleh Xasməmmədov, Nemət Pənahlının da adı həbsdən azad edilənlər sırasındadır.