Kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. 

Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, baş məşqçi Reza Mehmadostun yeni köməkçisinin adı dəqiqləşib.

Belə ki, böyük məşqçi postunda Elnur Amanovu Rəşad Əhmədov əvəzləyib. O, ATF-in İdarə Heyətinin qərarına əsasən bu vəzifəyə təyin edilib.