"Türk Hava Yolları güclü qar səbəbindən İstanbul hava limanlarında 26-27 yanvar tarixləri üçün nəzərdə tutulan 327 daxili və beynəlxalq aviareysi təxirə salıb.

Unikal.org xəbər verir ki, İstanbul hava limanlarında Türkiyənin "Pegasus", "Atlasglobal" və "Onurair" aviaşirkətləri də ümumilikdə 136 reysin təxirə salınması barədə məlumat yayıblar.