Əfqanıstanın şimalında qarlı-şaxtalı hava səbəbindən son bir neçə gün ərzində ən azı 27 uşaq ölüb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, uşaqlar ölkənin Dərzab qəzasının Cauzcan bölgəsində əlverişsiz havanın qurbanı olublar.
Qeyd edək ki, son günlər Əfqanıstanın şimalına güclü qar yağıb, havalar şaxtalı keçir. Kəndləri və tibbi mərkəzləri birləşdirən yollar da keçilməz vəziyyətdədir.