Polislər smartfonun sayəsində avtomobilin yük yerində qaçırılan qadını tapa biliblər.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Karolinada qadın polisə zəng edərək qaçırıldığını və maşının baqajına qoyulduğunu bildirib. Qadın polislərə avtomobil haqda məlumat verməyə çalışarkən zəng kəsilib. Həmin vaxt bölmə rəisi Tim Medlin qadına sms göndərib. Onun sözlərinə görə, daha əvvəl bu üsuldan heç vaxt istifadə etməyib. Qadın cavab olaraq "Mənə kömək edin mesajını yazaraq onu qaçıran şəxsi tanıdığını, avtomobilin Feyetvill şəhərinə tərəf getdiyini yazıb.
Polislər mobil operatorla əlaqə saxlayaraq, avtomobilin yerini təyin etməyi bacarıblar. Polislər qadını taparaq, xilas ediblər. Tim Medlin bildirib ki, bundan sonra da xüsusi əməliyyatlar zamanı bu üsuldan istifadə ediləcək. Bunun üçün bölmədəki bütün polislərə köhnə telefonları yeni smartfonlarla əvəz etməyi tapşırıb.