Antaliyanın Kəmər vilayətində Almaniyadan olan turistləri daşıyan avtobus aşıb.
Unikal.org-un "Milliyetə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 13 turist xəsarət alıb.
Qəzanın baş verməsinə səbəb kimi yağışdan sonra yolun sürüşkən olması göstərilir.
Hadisə yerinə təcili tibbi yardım avtomobilləri cəlb olunub.