2016-cı ildə Ermənistan silahlı qüvvələrində qətllər, intiharlar və başqa hadisələr səbəbindən ölüm halları əvvəlki illərə nisbətən artıb.
Unikal.org bildirir ki, bunu epress-ə "Jurnalistlər insan hüquqları naminə" ictimai təşkilatının sədri Janna Aleksanyan deib. O həmçinin qeyd edib ki, bu onlar üçün gözlənilməz olub.
"Mən həmişə hesab edirdim ki,sərhəddə vəziyyət nə qədər gərgindirsə, hərbi hissələrdə də bir o qədər diqqətli və səfərbər olurlar. Ancaq əksi oldu", - deyə Aleksanyan bildirib.
Erməni insan hüquqları müdafiəçisinin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi bütün xalqın əsgərlərin həyatı ilə yaşadığı keçənilki aprel eskalasiyası günlərində cəmiyyətin məlumatlandırılması işinin öhdəsindən də gələ bilməyib.