Türkiyə Kubokunda qrup mərhələsinin oyunları başa çatıb.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, artıq 1/8 finalda qarşılaşacaq bütün cütlər müəyyənləşib.
Bu mərhələdə bir neçə maraqlı oyun keçiriləcək. Ən çox maraq doğuran oyun əzəli rəqiblər - "Beşiktaş" və "Fənərbağça" arasında olacaq.
"Qalatasaray" isə hazırda Super Liqada 2-ci pillədə qərarlaşmış "Başakşəhər"lə üz-üzə gələcək.
Növbəti mərhələdə aşağıdakı komandalar üz-üzə gələcək:
"Şanlıurfaspor" - "Rizəspor"
"Kasımpaşa" - "Osmanlıspor"
"Gənclərbirliyi" - "Kayserispor"
"Beşiktaş" - "Fənərbağça"
"Tuzlaspor" - "Sivasspor"
"Başakşəhər" - "Qalatasaray"
"Akhisar" - "Gümüşhanespor"
"Konyaspor" - "Ümraniyespor"
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 4-5 fevral tarixində keçiriləcək.