Bu gün Aktual.Az saytının fəaliyyətə başlamasından iki il ötür.
Unikal.org xəbər verir ki, Aktual.Az xəbər portalı 2014-cü ilin mart ayında yaradılıb. Öncə sayta tanınmış tele-aparıcı Anar Yusifoğlu rəhbərlik edib. Hazırda saytın baş redaktoru tanınmış jurnalist Azər Niftiyevdir.
Sayt qısa bir zamanda geniş oxucu kütləsinin rəğbətini qazanıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib. Artıq iki ildir ki, ölkənin bir sıra tanınmış imzaları - siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər Aktual.Az-la əməkdaşlıq edir.
Sayt 2015-ci ildə Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.