"Gecə efiri hazırlayırdım. Hətta çəkilişlərə də başlamışdıq. Amma sonradan dayandırdım".
Unikal.org xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Zemfira Adığözəlova deyib. O, layihəsinin efirə getməməsinin səbəbini açıqlayıb. Film dəvəti alan Z.Adıgözəlova yenə də "seksual xanım" obrazını canlandıracaq:
"Düşünürəm ki, mövsüm ortasında yeni veriliş təqdim etmək mənasızdır. Ona görə də, saxladıq payıza. Hazırda başqa layihələrlə məşğulam. Yeni film dəvəti almışam. Fərqli və maraqlı ssenarisi var. May, iyun ərəfəsində çəkilişlərə başlayacağıq. Rejissorlar məni həmişə eyni rolda görür. Baş rolu canlandıracağım bu filmdə də öz imicimdən çıxmayacam".
Z.Adıgözəlova yeni planlarından da söz açıb. O, gözəl oriental rəqs etdiyini bildirib:
"Uşaqlıqdan milli və bal rəqsi öyrənmişəm. Hətta səhnədə də nümayiş etdirmişəm. Bir də gözəl oriental oynayıram. Bunu isə yalnız yaxınlarım bilir. Tək arzum imkanım olan kimi şou-balet məktəbi açmaqdır. Azərbaycana dəvət edəcəyim xarici oriental rəqqasələrin orada dərslər verməsini istəyirəm".