DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer Norveç yığmasının yeni baş məşqçisi məlum olub.
Unikal.org xəbər verir ki, 68 yaşlı mütəxəssis bu vəzifədə Per-Matias Hoqmonu əvəz edib. İsveçli çalışdırıcı skandinaviyalılarla 2019-cu ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, 2000-09-cu illərdə İsveçi çalışdıran Laqerbekin son iş yeri İslandiya millisi olub.