Son günlər cəbhədə vəziyyət gərginləşib. İki gün əvvəl barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı Belarusiyanın ədalətli mövqe və qətiyyətli addımından sonra erməni tərəfi cəbhədə gərginlik yaratmaqda davam edir. Müdafiə Nazirliyinin açıqlamasına görə, fevralın 7-də saat 16:55-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub. Dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib. Düşmən xeyli sayda itki verərək geri çəkilməyə məcbur olub. Cəbhədə son günlər düşmən təxribatının artması bəzi ekspertlər, siyasi icmalçılar Ermənistan hakimiyyətinin Lapşin uğursuzluğu ilə bağlayırlar.

Məsələ ilə bağlı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc unikal.org-a açıqlamasında münasibət bildirib. 

O, son günlər cəbhədə gərginliyin artmasını Lapşin gerçəkliyi ilə bağlı olduğunu istisna etməyib:

"Cəbhə xəttində gərginliyin artması son bir il ərzində Ermənistanın məlum uğursuzluq zolağında olması ilə bağlıdır. Əgər, əvvəlki dövrlərdə bunu yalnız Azərbaycanın əlahiddə maraqlarına və yaxud təxribat niyyətlərinə bağlıya bilirdilərsə, hazırda Sarkisyan rejimi xalqın basqısı altındadır və hər hansı yalançı siyasi izahlar kütlə tərəfindən qəbul olunmur. Ona görə də aprel ayınadək Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı uğur hekayəsinə çox ciddi ehtiyac duyulur. Sarkisyan çox yaxşı bilir ki, seçki üçün bir həledici zərbə və yaxud da hər hansı bir hərbi mövqedə irəliləyiş onun üçün fövqəladə əhəmiyyət daşıyar. Düşünürəm ki, cəbhədə vəziyyətin gərginləşməsi birinci növbədə bununla bağlıdır. Hazırda cəbhədə son toqquşmalara görə Azərbaycanı günahlandırmaq üçün erməni siyasi hakimiyyətinin hər hansısa arqument bazası yoxdur. Düşmən ölkə beynəlxalq təşkilatlar və konkret Rusiya qarşısında hər hansısa bir fakt qoya bilmir.

Lapşin məsələsinə gəldikdə deputat hesab edib ki, onun Azərbaycana ektradisyası son toqquşmalara öz təsirini göstərib:


"İstisna etmək olmaz ki, Ermənistan hazırki reallıqda həm siyasi-diplomatik, həm də hərbi zərbələr aldıqca qəzəblənir. Düşmən ölkə bir-birinin ardınca səhvlərə yol verir. Çünki, Azərbaycan onları siyasi meydanda müttəfiqsiz qoymağa çalışır. Günü-gündən Ermənistanın xarici işlər nazirliyi müxtəlif ünvanlar əleyhinə notalar, bəyanatlar və fərqli etirazlar göndərməkdədir. Bu şübhəsiz ki, Azərbaycanın xarici siyasət uğurudur. Lakin unutmaq olmaz ki, hazırkı şəraitdə ermənilərin müxtəlif səpkili təxribatları özünü göstərə bilər.

Image result for Lapşin

Eyni zamanda düşmən Tərtərdə kəndlərə hücum etmək və bununla da müəyyən qırğınlar törətmək niyyətindədir. Məqsədləri erməni cəmiyyətinin mənəvi psixoloji qalxınmasını, özünə gəlməsi təmin etməkdir. Bu onların media məkanında da açıq çağrışlarla dilə gətirilir.

Lakin erməni cəmiyyətinin ikinci qismi dərk edir ki, Sarkisyanlar bütövlükdə hakimiyyətdən getməsə, Qarabağ münaqişəsinin bu şəkildə çözülməsi onların mənafelərini istismara məruz qoyacaq, böyük imkanlardan, prspektivlərdən, iqtisadi rifahdan məhrum edəcək.

Ona görə də son toqquşmalarda erməni tərəfinin itkilər verməsi cəmiyyətdə biraz da bu böhranı dərinləşdirəcək. Xüsusilə də Ermənistanda keçiriləcək seçki dönəmində bu özünü daha çox biruzə verəcək.

Hesab edirəm ki, Ermənistan hakimiyyətinin başlıca niyyəti aprel seçkilərinə qədər Azərbaycana hər hansı bir həlledici zərbə vurmaq və bunun hesabına sonrakı dövr üçün daxili prosseslərdə, təbliğatlarda ondan yararlanmaqdır. Azərbaycan isə Errmənistan hakimiyyətinə belə bir imkanı verməyəcək.

Lapşin məsələsinə görə, Ermənistan hakimiyyəti açıq-aşkar Belarusu da hədələyir. Söyləyirlər ki, bunun əvəzi ödəniləcək. Bu necə baş verə bilər? Ermənistan üçüncü dövlətə də müharibə elan edəcəkmi? Düşmən ölkənin buna gücü varmı? Belarusiya Ermənistan müharibəsini törətmək avanturistin, bədnamın ağlına gələ bilər. Bəs bu hədələrin, sərt mesajların mənası nədir? Bu o deməkdir ki, Azərbaycan tərəfi erməni diplomatik-siyasi maşınını öz palnında bizim maraqlar üçün işlədə bilib.

Hazırda Sarkisyanın taleyi səngərdə həll olunduğu üçün aprelədək döyüşlərin gedəcəyini istisna etmirəm. Ermənistan xalqı isə bütövlükdə səngərə girməyə hazır deyil. Yekun olaraq demək istəyirəm ki, işğal sadəcə ordu qüvvələrinin əliylə həyata keçirilmir.

Əslində Azərbaycan bloger Aleksandr Lapşin üzərində Dağlıq Qarabağı tanıtdırmağa çalışan, onun legitimliyini hər kəsə qəbul etdirməyə cəhd göstərən Ermənitstanın saxta rəhbərliyi ilə müharibə aparır.


Zahid Oruc Lapşinin məsələsinə görə, Azərbaycan Rusiya, İsrail və Ukraynanın müraciətinə də müsbət cavab verəcəyini istisna etməyib:

"Bizim qanunlarımızı pozmuş, Azərbaycanın süveren hüquqlarını tanımaq istəməyən və erməni layihəsində iştirak edən insana cəza verməklə onun mənsub olduğu dövlət və siyasi dairələrlə savaş aparmaq niyyətimiz yoxdur. Azərbaycan Lapşin məsələsini uddu. Artıq məhkəmə Lapşinlə bağlı ittiham hökmünü verib və o mütləq şəkildə cəzasını alacaq. Lakin ondan sonrakı dövrdə Azərbaycan dövləti üstün bir siyasi mövqedə qərarlara baxacaq. İsrail, Rusiya və həmçinin Ukraynanın bununla bağlı müraciəti də dəyərləndiriləcəkdir.

Bizim burada əsas məqsədimiz Azərbaycan əleyhinə çıxan qüvvələrə və yaxud Qarabağı beynəlxalq səfərlərin ünvanına çevirmək istəyənlərə dərd verməkdir. Hesab edirəm ki, Lapşinlə bağlı verilən cəza mahiyyətcə bir adamın əleyhinə çıxarılan hökmdən daha çox erməni hərbi-siyasi elitasının əleyhinə çıxarılan hökmdür.

Amid Əyyuboğlu