"Aşk ve Mavi" serialının baş rol ifaçısı Burcu Kıratlı dünən yeni sevgilisi ilə İstanbulun Beyoğlu səmtində görüntülənib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, birlikdə əylənən cütlük çıxışda jurnalistlərin gözlədiyini bilib, məkanı ayrı-ayrılıqda tərk ediblər.
Sevgilisini öncədən göndərən aktrisa dostu Ali Yerli ilə birgə onun ardınca çıxıb.
Kıratlı münasibətdə olduğu şəxsi mətbuatdan gizlətməyə çalışsa da buna nail ola bilməyib.