Böyük Britaniyanın Avropa Birliyindən çıxması ölkədə 950 min iş yerinin ixtisarına səbəb olacaq.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı CBİ şirkəti yayıb. Şirkət Londonun bu addımının ölkənin iqtisadiyyatına ciddi şok yaradacağını bildirib. Üstəlik, Böyük Britaniyanın Avropa Birliyindən çıxması 145 milyard dollar itkiyə səbəb olacaq.
 
Qeyd edək ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı referendum bu ilin iyununda keçiriləcək.