Ölkənin dağlıq və dağətəyi rayonlara qarın yağması avtomobil yollarında hərəkətə ciddi təsir etməyib.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli Unikal.org-a bildirib ki, problem yaşanan ərazilərə "Azəravtoyol" ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunaraq, yolların qardan və buzdan təmizlənməsi istiqamətində tədbirlər görülüb.

"Hazırda da bir-çox ərazilərə qar yağmağa davam etdiyindən bu istiqamətdə işlər davam etdirilir. Buna baxmayaraq, hazırlıqsız sürücülərin yollara çıxması tövsiyə olunmur", - deyə o qeyd edib.