Dünyanın nəhəng axırış sistemi olan "google xəritəyə daxil olub, ölkəmizin işğal altında olan yerlərinin adlarını yazan zaman qəribə bir mənzərə ortaya çıxır. Belə ki, adların Azərbaycan versiyası ilə yanaşı erməni dilində dəyişmiş formasına rast gəlirik. Qarabağ müharibəsindən indiyə kimi isə Azərbaycana məxsus 700-dən çox yerin adı dəyişdirilib. Məsələdən Azərbaycanın Xarici İşlər Nazirliyidə xəbərdardır.

"Unikal.org xezerxeber.az-a istinadən xəbər verir ki, Berdzor, Karvagar, Aqn, Varanda... Bunlar Azərbaycanın işğal altında olan ərazilərindən bir neçəsinin adıdır. "Google xəritədə bir çox ərazilərimizin adı məhz bu formada, erməni sözləri ilə təqdim edilir.

Xəritəyə daxil olub, Azərbaycan ərazilərinin adlarını yazdığımız zaman, ermənilərin qoyduqları qondarma adlarda da ortaya çıxır. Hətta Azərbyacana məxsusu olan bəzi yerlərin adları sadəcə erməni hərfləri ilə yazılıb.

Ermənişünas -araşdırmaçı İsmayıl Tanrıverdinin sözlərinə görə, ermənilər tərəfindən bu gündə qədər təkcə qarabağ ərazisində 120 məntəqənin adı dəyişdirilib.Bir çox yerin adı isə təhrif edilib.

İTK mütəxəssisi Osman Gündüz isə bildirir ki,xəritə xidməti təklif edən bir çox şirkətlərdə bu tipli problemlərlə rastlaşmaq mümkündür.Bunun əsas səbəbi isə ölkəmizdə həmin şirkətlərlə işləyən bir qurumun olmamasıdır.

Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən edilən müraciətlər hələlik nəticəsiz qalıb.

Adların dəyişdirilməsi üçün hər bir istifadəçi "google şirkətinə müraciət edib bu səhvlərin aradan qaldırılmasına yardımçı ola bilər.