Göygöl rayonunda bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, fevralın 16-da Göygöl rayonunun Quşqara kəndindəki binalardan birində texnik işləyən rayon sakini Tural Həsənov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.