Millət vəkili Eldar Quliyevin şerləri
11:56 05-07-2012
SİYASƏT
Millət vəkili Eldar Quliyevin şerləri
Milli Məclis üzvləri arasında aparılan sorğu ilə daha bir poeziya həvəskarı aşkarlandı. “Şeir mənim üçün duyğular meydanıdır, poeziya söz demək bacarığıdır. Şeirə, poeziyaya bağlı olan insanlarda humanizm və qeyri-humanizm kimi əlamətləri də görmək olar. İnsanın duyğularının tərənnümünün ən gözəl göstəricisi poeziyadır”, – deyə Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib.
Millət vəkili Eldar Allahyaroğlunun (Quliyev) şeirlərini təqdim edir.
Salam sənə, anam mənim
Söz vermişdin tez gələrsən
Bir az mənlə dincələrsən
Hey gözlədim sən gəlmədin
Daha mənlə əylənmədin
Xəbər tutdum sən getmisən
Bu dünyanı tərk etmisən
Nə tez getdin anam mənim?
Fəryad edib mən ağladım
Uşaq kimi sızıldadım
Dağlar kimi mən ağardım
Meşə kimi mən saraldım
Allah deyib çox yalvardım
Bir də qayıt anam mənim
Bir gün gəldi o gözümə
Sığal çəkdi bu üzümə
Bir qulaq as dedi mənə
Allah məni yaxın bilib
Öz yanında qalım deyib
Qoy uyuyum rahat-rahat
Göz yaşından ayışmayım
Hər insanın var yazısı
Tanrı bilir öz acısın
Ölüm gəlib dadar gedər
Vaxt çatanda alar gedər
İsgəndərin varmış qüdrəti
Həm şöhrəti, mal dövləti
Bu dünyadan nakam qalıb
Tək əynində kəfən gedər
İnsan gedər, sözü qalar
Yaxşı qalar, pislik qalar
Yaxşıya rəhmət dilənər
Pisliyə nifrət etdilər.
İndi izin ver mən gedim
Daş altına birdə girim
Bir təsəlli tap özündə
Yaş görməyim mən gözündə
Günlər keçdi, aylar oldu
Aylar gəlib, illər oldu
Hey dolaşıb bu dünyanı
Gəlib çatdım ahıl yaşa
Könül verdim qara daşa
Sinə daşa, sima daşa
Bir gün gəlləm mən yanına
Dolanaram mən başına
Sığal verib mən saçına
Sığınaram mən qucağına
O dünyada mən deyərəm
Salam sənə anam mənim
Mənim illərim
Qarşımda ağ kağız, əlimdə qələm
Gözlərimdə kədər, fikrimdə xəyal
Susmuşdum, ürəkdən qəfil soruşdum
Nə tez gəlib getdiz, mənim illərim
Sizlər bir-birini əvəz etdiniz
“Ad günü” deyərək gəlib getdiniz
Elə bil yarışdı, həyat keçdiniz
Niyə tələsirdiz, mənim illərim?
Ana qucağında mən göz açmışam
Mən də nəvazişdən bir az dadmışam
Tərbiyə alaraq boya çatmışam
Siz də yanımdaydız, mənim illərim
Məktəb illərimin gözəl günləri
Nə tez açıb solur ömrün gülləri
Xəyallarda qalır şirin sözləri
Heç vaxt unutmaram həmin illəri
Tələbə həyatı arzu çələngi
Gəncliyin çox olur incəlikləri
Səni də sevirlər, sən də sevirsən
Hərdən bu sevgidən peşman illərim
Həyata atılıb püxtələşirsən
Xalqına, vətənə xidmət edirsən
Əlin zəhmətilə, alın təriylə
Hər yanda tanınan şöhrət illərim
Vətənə bağlıyam cavan yaşından
Doğma Azərbaycan həkkdi başımda
Bakıdan gözəli yoxdur qarşımda
Həmişə fərəhli, şanlı illərim
Xəzəri sevirəm əzəldən bəri
Sahilində qalır sevgi izləri
Baxdıqca suyuna fikirləşirəm
Dənizə qərq olduz mənim illərim
Gəncəyə yenidən “Gəncə”deyəndə
Tarixi adını bərpa edəndə
Qartal tək süzərək mən rəqs edəndə
Siz onda hardaydız mənim illərim
Şuşanın həsrəti, Ağdam qoxusu
Kəlbəcərin suyu, Laçın meşəsi
Vətən torpağını alıb gəzəsi
Siz mənə lazımsız, mənim illərim
Dostluq bir xəlbirdir, yırğalanandır
Çoxu tökülərək yaxşı qalandır
Əsl dost itkisi yadda qalandır
Heç vaxt unudulmaz keçən illərim
Var-dövlət həmişə gəlib gedəndi
Insana daima xidmət edəndi
Özündən sən onu üstün biləndə
Sonunda gec olur, qəmli illərim
Ailə müqəddəsdir qədrin biləndə
Uşaq böyüdəndə, təhsil verəndə
Oğul evləndirib, qız köçürəndə
Məni sevindirən şadlıq illərim
“Dövlətdə dəvədir, övladda nəvə”
Qoy tanrı onlardan yetirsin mənə
Onlar qaçışaraq qəh-qəh çəkəndə
Mən də sizlə qalım uzun illərim
Güzgüyə baxmışam dünən səhərdən
Alnım qırışlanıb , saçım ağarıb
Yaşım da artaraq hər ildən ilə
Bir daha qayıtmaz keçmiş illərim
Digər Xəbərlər
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 16:47:00
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53