Ukraynanın prezidenti Pyotr Poroşenko ölkənin yığma komandasının futbolçularına qeyri-adi hədiyyə edib.
Unikal.org anspress-ə istinadən məlumatına görə, Pyotr Poroşenko futbol yığmasının 9 oyunçusunu həqiqi silahla mükafatlandırıb.
Ukrayna prezidenti "Avro 2016"-nın final oyununa çıxdığı üçün komandanın baş məşqçisi və Ukrayna Futbol Federasiyasının rəhbərlərinə silahlar təqdim edib. Prezidentin bununla bağlı xüsusi fərmanı 2015-ci ilin 21 noyabr tarixində verilsə də sənəd ötən gün Ukrayna KİV-inin sorğusuna cavab olaraq dərc olunub.
Poroşenkonun Ukrayna yığmasının futbolçularına silah hədiyyə etməsi ölkədə birmənalı qarşılanmayıb.
Xatırladaq ki, Ukrayna yığması 10 iyun-10 iyul tarixlərində Fransada keçiriləcək Avropa çempionatında qrup mərhələsində Almaniya, Polşa və Şimali İrlandiya komandaları ilə görüşəcək. Almaniya yığması Dünya çempionatının son qalibidir. Avropa Çempionatının son qalibi isə İspaniya yığması olub.