Azərbaycanda pensiya yaşının və peşə stajına görə pensiya yaşı müddətinin artırılması ilə bağlı layihə Milli Məclisin martın 7-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Parlamentdən məlumat verilib.
Bildirilib ki, "Əmək pensiyaları haqqında qanuna əlavə və dəyişiklik layihəsi plenar iclasın gündəliyinə salınıb.
Qeyd edək ki, martın 7-də keçiriləcək iclasın gündəliyinə ümumilikdə 13 məsələ daxildir.