Tanınmış diplomat, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov maşınının cərimə meydançasına aparılması ilə bağlı ictimaiyyətə müraciət edib. O, açıqlamasında avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı göstərişin yüksək rütbəli məmur tərəfindən verildiyini vurğulayıb.

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Unikal.org-a açıqlamsında bildirib ki, Tofiq Zülfüqarov yol hərəkəti qaydasını pozduğu üçün onun avtomobili cərimə meydançasına aparılıb: "Qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Fərqi yoxdur sən Tofiqsən, və ya başqasısan. Sualı varsa buyurub Baş Dövlət Yol Polisi idarəsinə müraciət eləsin cavab alsın. Oturub evində sosial şəbəkədə nağıl yazır.

Həsən Babayev