"Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələri davam etdirir".

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son hərbi toqquşmaları şərh edərkən bildirib.

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə istiqamətlənən prinsipial mövqeyini bilirsiniz. Bu mövqe həmçinin sənədlə qeydə alınıb. Biz mövqeyimizə sadiqik", - o əlavə edib.