Xətai rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

Unikal.org report-a istinadən xəbər verir ki, bu vəzifəyə Əzizov Teymur Məmməd oğlu təyinat alıb.

O, əvvəllər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Zaməddin Əkbərov vəzifəsindən azad olunub. O, dövlət qulluğunda olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.