Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, iclasda komissiyaya daxil olan 130-a yaxın müraciətə baxılıb.
Bununla da baxılan müraciətlərin sayı 600-ü keçib.
Qeyd edək ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub. Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.