Azərbaycan Xarici İşlər Nazirliyi də Elmar Məmmədyarovun Rusiya səfəri ilə bağlı məlumat yayıb.

Unikal.org-a daxil olan məlumatda qeyd olunur ki, Xarici işlər naziri Elmar Məmmədyarov 5-7 mart 2017-ci il tarixində Rusiya Federasiyasında rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Həmçinin nazir Elmar Məmmədyarovun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulması münasibətilə təşkil ediləcək sərginin açılış mərasimində iştirakı, Rusiya XİN-nin Diplomatik Akademiyasında çıxışı və digər tədbirlərə qatılması planlaşdırılıb.

Qeyd edək ki, səfər Rusiyanın XİN rəhbəri Sergey Lavrovun dəvəti əsasında baş tutacaq.