ATƏT-in Daimi Şurasının 2 mart 2017-ci ildə keçirilmiş iclasındaAvropa İttifaqı(Aİ) Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qanunsuz referendumla əlaqədar bəyanatla çıxış edib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, bəyanatda deyilir ki,Avropa İttifaqı20 fevral tarixində Dağlıq Qarabağda keçirilmiş "konstitusiya referendumunu tanımır.

"Avropa İttifaqıhəmçinin bu "referendumun keçirildiyi hüquqi və konstitusion çərçivələri tanımır. "Referendumun nəticələri Dağlıq Qarabağın statusuna və danışıqlar prosesinə heç bir halda təsir edə bilməz. Aİ münaqişənin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinə dəstəyini bir daha ifadə edir", - deyə bəyanatda vurğulanır.