Rusiyanın aparıcı mülki aviasiya şirkəti "Aeroflot" Qazaxıstana uçuşları müvəqqəti olaraq dayandırır.
Unikal.org "Report"a istinadən bildirir ki, "Aeroflot" nümayəndələri bildirib ki, martın 26-dan etibarən Qazaxıstan istiqamətində uşuçlar həyata keçirilməyəcək.
"Bu məcburi addımdır. Belə ki, Qazaxıstan tərəfi yay vaxtına keçidlə əlaqədar yenilənmiş uçuş cədvəlini təsdiq etməyib. Halbuki müvafiq sənədlər hələ fevralın 12-də Qazaxıstan tərəfinə təqdim edilib", - deyə aviasiya şirkətinin nümayəndələri qeyd ediblər.