Cəlilabad rayonunda qaz istismar sahəsinin işçiləri borclu abonentlərin hücumuna məruz qalıblar.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb. Kənddə borclu abonentləri qaz xətləri kəsilən zaman bir neçə yerli sakin idarənin qaynaqçısını döyüb. Bu vaxt kənd sakinlərini ayırmağa çalışan digər işçilərə də hücum olub. Nəticədə Qaz İstismar Sahəsinin 3 əməkdaşı müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə də məlumat verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.