FİFA-dakı korrupsiya qalmaqalında iştirak edən Hondurasın sabiq prezidenti Rafael Kalyexas günahını etiraf edib.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, 72 yaşlı R.Kalyexas futbol matçlarının yayımı və marketinq hüquqlarının satışı zamanı korrupsiya yol verməkdə günahlandırılır.
Nyu-York Federal məhkəməsində çıxış edən R.Kalyexas rüşvət aldığını, FİFA-dakı korrupsiya qalmaqalının digər iştirakçılarına pul verdiyini etiraf edib.