Cors Soros və Şeldon Adelson kimi milyarder fəallar politoloqların xəyallarına gətirə bilməyəcəkləri dərəcədə siyasi nüfuza sahibdirlər.
40 il bundan əvvəl, universitetin ikinci kurs tələbəsi olanda Robert Dahlın Amerikada demokratiyanın fəaliyyəti mövzusunda olan yazılarından bəzilərini, məmnuniyyətlə, oxumuşam. Kitablar artıq çoxdandır ki, məndə deyil, ancaq Dahlın arqumentlərinin dəqiqliyinin xoş xatirələri hələ də qalır. Bu yazılar Demokratik Cəmiyyət üçün Tələbələr hərəkatı ilə Amerikanı idarə etmiş, o vaxtlar Amerika cəmiyyətinin elit universitet şəhərciklərində nüfuzlu bir məfhum olan korporativ oliqarxiya nəzəriyyəsinə qarşı bir növ antidot rolunu oynayırdı, ancaq bu məfhum inqilablarla dolu olan 60-cı illər bitib 70-ci illərə yol açdığı vaxtda kommunist qəddarlığı üçün üzr kimi olmasa da, səthi görünməyə başladı.
Yaddaşıma yox, vikipediyaya əsaslanaq deyə bilərəm ki, Dahl, əsində, ABŞ-da müxtəlif rəsmi və qeyri-rəsmi güc strukturlarının rəqabət apardığı və siyasi nəticələr üzrə uzlaşdıqları poliarxiyanın hökm sürdüyünü iddia edirdi. Bu hakimiyyət forması mükəmməl demokratiya olmasa da, tarixi və müqayisəli standartlara əsasən daha qəbul edilən idi. Bu gün Ç.Rayt Millin Hakim Təbəqə (Power Elite) kitabı və Uilyam Domhofun Amerika cəmiyyətində pis niyyətli və öz maraqlarını güdən WASP (Ağdərili Protestant Amerikalılar) hakim quruluşunu təsvir edən bir sıra əsərləri kimi solçu təhlillər yaxşı olar ki, xatırlansın. Əminəm ki, bu əsərlər başqaları ilə əvəz olunub və Robert Dahlın Amerika Siyasi Elmlər Assosiasiyasının prezidenti və Yale Universitetinin mötəbər xadimlərindən biri olmasına baxmayaraq artıq onu xatırlayıb xatırlamadıqları haqqında isə qərarsızam.
Amerikada akademik politologiya müasir hakimiyyətə nə dərəcədə çatıb? Əlbəttə, nə Dahl, nə Mills, nə də Domhofun konsepsiyalarında milyarder Corc Sorosun Ferquson şəhərində Maykl Braunun ölümünü kiçik bir polis qeydiyyatından milli səviyyədə diqqət çəkən ziddiyyətli bir məsələyə çevirmək üçün 33 milyon dollar investisiya qoyması kimi hadisələr yer almayıb. Təbii ki, məsələ bundan da mürəkkəbdir, bu, o deməkdir ki, Sorosun maliyyələşdirdiyi Açıq Cəmiyyət Fondundan ölkə miqyasında "sadə xalq" arasından aktivist qruplara 33 milyon dollar pul axıdılaraq sonradan Ferqusondakı etiraz aksiyalarını milli səviyyəyə çatdırmaq və bu səviyyədə diqqət mərkəzində saxlamaq üçün cəhd göstərildi. Açıq Cəmiyyət Fondu əvvəllər də belə qruplar üçün pul vəsaiti təmin edib və fondun direktorunun dediklərinə görə, Ferqusonla bağlı təbliğatı birbaşa idarə etməyib. Ancaq yüzlərlə peşəkar aktivistin Nyu York, Vaşinqton və ya başqa yerlərdən gəlib Ferqusonda aylarla necə qaldıqları (getməli olduqları işləri yoxdurmu? Onların yeməklərinin pulunu kim ödəyir?) ilə maraqlananlar artıq suallarına cavab tapıblar.
33 milyon dollar Ferqusondan başqa gündəm maddələri olan qruplar arasında bölüşdürülsə də, əmək haqlarının ödənilməsi, media məzmununun yaradılması, nümayişlərdə iştirak etmələri üçün qurumların təşkili və s. kimi bir çox yerlərə xərclənir. Bloqqerlərdən biri bildirib ki, polis məmuru Darren Uilsonun təqsirli bilinməməsindən sonra sosial ədalət adı ilə talan edilib yandırılan müəssisələrin sahiblərinin Makyl Braun məsələsini diqqət mərkəzində saxlamaq üçün maliyyə vəsaitini təmin edən insanları devirmələri maraqlı olacaq. Ağdərili olduğu üçün St. Louis küçəsində çəkiclərlə döyülərək öldürülən Bosniyalı şəxsin ailəsi də bu qəbildəndir.
Nisbətən az məbləğdə pul vəsaiti bir etiraz nümayişinin təşkili və davam etdirilməsi üçün istifadə oluna bilər. Siyasi cəhətdən səlahiyyətli olan əksər insanların işi və ailə məsuliyyətləri var və aktivizmə ciddi şəkildə çox vaxt sərf edə bilmirlər, bunun Missuri ştatının Ferquson şəhərində belə olduğu şübhəsizdir. Ona görə də, bütün vaxtını bu işə sərf edən aktivistlərə ödəniş etmək imkanı məsələnin milli səviyyədə dərk edilməsini, hətta bütün ölkənin istiqamətini tamamilə dəyişə bilər. Ukraynada baş verən Maydan inqilabı illərlə ABŞ hökuməti, hökumətin maliyyələşdirdiyi QHT-lər, Corc Soros tərəfindən təsis və idarə edilən, əsas qruplardan biri olan Beynəlxalq İntibah Fondunun apardığı maliyyələşdirmənin kuliminasiya nöqtəsi idi. Administrasiyanın Ukrayna inqilabının təşkilində məsul şəxsi olan Viktoriya Nuland iki il əvvəlki çıxışında ABŞ-ın 1990-cı ildən başlayaraq "Avropa demokratiyasını" Ukraynaya gətirmək üçün 5 milyard dollar xərcləməsi ilə öyünmüşdü. Bu, böyük bir rəqəmdir və çox güman ki, bura uğur qazanmamış yaxın əlaqələr üzrə qurulan kapitalist sövdələşmələri də daxildir. Ancaq yoxsul bir ölkədə nisbətən az məbləğdə pul bir çox şey - jurnalistlərə ödəniş edilməsi, insanlara internet televiziya stansiyalarının qurulması təlimlərinin keçirilməsi, onların təchiz edilməsi və işçi heyətinin formalaşdırılması üçün istifadə oluna bilər. Maydan İnqilabı da yüzlərlə maaşlı və təlim keçmiş "demokratiya tərəfdarı" olmadan baş verə bilməzdi.
Vladimir Putinin reaksiyası və ardınca gələn müharibə bir çoxlarının həyatı və Qərb dövlətlərinin ilkin investisiyalarından milyardlarla daha çox baha başa gəldi.
Əgər böyük güc sahibi olan varlı insanları araşdırırıqsa, yalnız ABŞ-da solçu liberal, xaricdə isə daha çox birmənalı olmayan proseslərin maliyyələşdiricisi olan Soros üzərində dayanmaq düzgün deyil. Şeldon Adelson administrasiyanın İran diplomatiyasına qarşı və Amerikanın İrana hərbi hücumunun tərəfdarı olaraq bir çox sayda təbliğat aparan iki tədqiqat institutu - İranda Nüvə Silahlarına qarşı Birləşmiş Təşkilatın və Demokratiyanın Qorunması üzrə Fondun əsas maliyyələşdiricisidir (Adelson Amerikanı iş nəzərdə tutduqlarını "nümayiş etdirmək" üçün İrana nüvə hücumu etməyə çağırıb). Adelsonun qruplarının hamısı hökumət üçün xüsusi əhəmiyyət daşıyan bir məsələ - ABŞ-ın çox xərci çıxmadan İrana qarşı hərbi əməliyatların aparılmasının tamamilə ağlabatan, məntiqli bir seçim olması ilə bağlı ümumi razılıq əldə edilməsinə çalışır. Adelson əsas maliyyə yardımı göstərən Respublikaçı, eləcə də tədqiqat institutunun maliyyələşdiricisi olduğundan, onun hərbi strategiyalarının həyata keçirilməsi ehtimalının olması ağlabatandır.
Bəlkə də, İranın nüvə proqramı ilə bağlı problemin diplomatik yolla həllinin yaxınlaşdığı görünsə də, indi bunu müzakirə etməyin, nə də Maykl Braunun, sadəcə, əllərini yuxarı qaldırmış olsaydı və ya polis məmuruna hücum etməmiş olsaydı, indi sağ olacağını deməyin yeri yoxdur. Ancaq Amerikanın siyasi sistemində varlı insanların, həqiqətən, böyük nüfuzunun olması haqqında müasir politologiyanın nə deyə biləcəyi mənim üçün çox maraqlıdır. İndiyə qədər müşahidə edə bildiyim qədərilə xalq kütlələrinin təzyiqi onların müəssisələrinə təsir göstərmir: Adelsonun pulunun çoxu Çinin ona bir növ inhisar hüququ verdiyi Makaodakı kazinolardan gəlir; Soros milyardlarını vayuta ticarətindən qazanıb. Böyük sərvəti olan amerikalılar əvvəllər də siyasi nüfuz əldə etməyə çalışıblar, hadisələrin indiki gedişatı isə tamamilə fərqli səviyyədədir. Henri Ford antisemit bir qəzet nəşr etdirirdi, ancaq yəhudi qrupların təzyiq göstərmələri və onun maşın biznesinə qarşı boykot edəcəkləri ilə hədələmələri Henri Fordu nəşri dayandırmağa və üzr istəməyə məcbur etdi. Müharibə tərəfdarı Adelsonun, sosial ədalət təşviqatçısı Sorosun amerikalı müştəriləri ya az olur, ya da heç olmur, ancaq onlar bu cür sosial və iqtisadi məhdudiyyətlər olmadan yaxşı fəaliyyət göstərirlər.
Amerika, həqiqətən də, yeni bir dövrdən keçir. 1 faizin və ya 1 faizin 1 faizinin cəmiyyətin qalan hissəsindən təriflənərək ayrılması heç də o demək deyil ki, bəzi insanların daha çox evi, maşını, təyyarəsi var; bu, o da demək deyil ki, onlar asanlıqla başqa cür səmərəli olmayacaq üsyançı bir namizədi maliyyələşdirə bilərlər (60-cı illərin sonunda müharibə əleyhinə olan Demokratlarla olduğu kimi). Bu, o deməkdir ki, onlar, həqiqətən də, cəmiyyətin qavrayışını formalaşdıra biləcək qədər böyük gücə sahibdirlər. Belə bir sistemə nə ad verə bilərik? Belə görünür, Robert Dahlın "poliarxiya" anlayışına yenidən baxılmalıdır. Bəs bunu kim öhdəsinə götürə bilər? (Milli.az)