Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib.

BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, hazırda metronun "Koroğlu" stansiyasından Hava Limanı, eləcə də əks istiqamətdə yol xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkəti müxtəlif zolaqlar üzrə məhdudlaşdırılır.

Təmir işləri axşam saatlarına qədər davam edəcək.