Ötən il Azərbaycanda "Honq Konq virusuna yoluxanların sayı açıqlanıb.

Unikal.org-un xəbərinə görə, V. Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Həqiqət Qədirova bildirib ki, Azərbaycanda bu virusla bağlı 5 hal təsdiqlənib. Həmin xəstələr institutun xüsusi şöbəsinə daxil olub: 

"Orada həmin xəstələrdən müayinələr götürülərək Taun Əleyhinə Stansiyaya göndərilib. İnstitutdan 2, digər poliklinikalardan isə 3 xəstədən götürülən müayinə nəticəsində onların "Honkonq virusuna yoluxduğu təsdiqlənib. Lakin bu virus epidemiya halına keçmədiyindən sıçrayış baş vermədi. Virus adi mövsümi qrip formasında ötüşdü və kəskin problem yaratmadı.