Azərbaycanın efir məkanında növbəti kompleks profilaktika işləri bu il oktyabrın 16-da keçiriləcək.

Unikal.org trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, bu ilin əvvəlində hazırlanmış cədvələ əsasən profilaktika işlərinin ildə 4 dəfə aparılması nəzərdə tutulmuşdu: "Amma, bu işlərin ildə iki dəfə keçirilməsi məqsədəuyğun hesab edilib".

Mənbə qeyd edib ki, ilin birinci profilaktikası fevralın 6-da keçirilib.