Bu gün Qubanın ucqar yaşayış məntəqələrinə, dağ kəndlərinə qar yağıb. Qar 1500 metrdən yuxarı dağlıq ərazilərdə müşahidə edilib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Quba Regional Hidrometeorologiya İdarəsindən məlumat verilib.

Bildirilib ki, yaşayış olan yerlərdən yalnız Xınalıq kəndində 3 sm qalığında qar var. Digər kəndlərdə isə qar yağıntısı qısa müddətli olub.

Temperatur xeyli enib.